Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməsinə qarşı çıxıb.
Tacxeber.com xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, köhnə tikililər yenilərdən daha möhkəmdir:
“Məncə bizim köhnə binalar heç sökülməsin, yenə sığınacaq bir yer var. Daşı daş, sementi sement, divarın qalınlığına söz ola bilməz, bünövrəsi bünövrə. İllərlə tikilən binalardır, bir günə yox”.