• 23 Noyabr 2024 00:52

“Putin kritik vəziyyətdə təxminən Yanukoviç kimi hərəkət edəcək…”

 

“Onların ikisi də bir bezin qırağıdır…”

“Putun, böyük ehtimalla, təlaş keçirəcək və öz şəxsi həyatını qorumaq üçün aradan çıxmaq istəyəcək…”

Rusiya Federal Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı, tanınmayan “Donetsk xalq respublikası”nın sabiq “müdafiə naziri” İqor Qirkin (Strelkov) Rusiya Federasiyası pezidenti Vladimir Putinin kritik vəziyyətdə necə davranacağı barədə danışıb.

Bu barədə o, Kremlyönlü bloger Andrey Karaulova müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya liderinin “xəstəlik və ya bədbəxt hadisədən savayı”, “qəflətən yoxa çıxmasının” bir neçə variantı var. Ən çox ehtimal edilən odur ki, o, sadəcə, ölkədən qaçacaq.

“Onun psixi tipini nəzərə alsaq, böyük ehtimalla, o, təlaş keçirəcək və öz şəxsi həyatını qorumaq üçün, sadəcə, aradan çıxmaq istəyəcək. Təxminən Yanukoviç kimi, onlar bir bezin qırağıdır”, – Qirkin bəyan edib.

Sabiq “nazir” həmçinin qeyd edib ki, Putin xeyli dərəcədə idarəçiliyini itirib.

“Məhz buna görə də Yevgeni Priqojinlə Müdafiə Nazirliyi arasında deyişmə baş verir və indi bu, qismən Sergey Şoyqunun xeyrinə yönəlib”, – Qirkin deyib.

Onun sözlərinə görə, “Vladimir Vladimiroviçin sağlamlıq vəziyyəti o qədər də yaxşı deyil və ya problemlərdən gizlənir, hər iki amil də mümkün ola bilər”.

Yeri gəlmişkən, ötən ilin dekabrında Rusiyanın ali rəhbərliyi üçün “Nuh gəmisi” barəsində Putinin sabiq spikeri Abbas Qallyamov məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə onun istiqamət götürəcəyi yer kimi Çin nəzərdən keçirilib. Bu təklif “Ukrayna müharibəsinin əsas quzğunu”, milyardçı Yuri Kovalçuk tərəfindən edilib.

Lakin sonradan Latın Amerikası ölkələri üzərində-Argentina və Venesuelada dayanılıb.

Venesuelaya yerdəyişmə layihəsi ilə Maduro ilə (Venesuela prezidenti-red.) “yaxşı şəxsi münasibətləri olan və hazırda təxliyə layihəsi üzrə kuratorluğun məhz ona keçdiyi” “Rosneft”in rəhbəri İqor Seçin məşğuldur. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər