Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits daha bir proqnozu ilə diqqət çəkib.
Tacxeber.com xəbər verir ki, Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən zəlzələni dəqiqliklə proqnozlaşdıran tədqiqatçı xəritə paylaşaraq qeyd edib ki, yaxın günlərdə bəzi ölkələrdə zəlzələ ola bilər:
“1-4 gün ərzində və ondan sonra bənövşəyi zolaqda və ya yaxınlığında seysmik aktivliyin artması ehtimalı var. Bu, sadəcə ehtimaldır. Digər bölgələr də istisna edilmir”, – alim qeyd edib.
Hugerbits bildirib ki, bu atmosfer dalğalanmaları yalnız təxminlərdir və onlar tam dəqiq deyillər.
“Bəzi zəlzələlər 29 yanvarda proqnozlaşdırdığımız kimi özünü göstərmir və ya zəif olur. Həmçinin, xəritədə olan bənövşəyi zolaqlar potensial qırılma zonasını göstərmir. Günəşə nisbətən atmosfer dalğalanmaları zamanı bölgələri qeyd edirlər və bu zolaqda və ya onun yaxınlığında daha böyük bir titrəmə baş verə bilər”.