Gürcüstanı Avroviziya-2023 mahnı müsabiqəsində təmsil edəcək 22 yaşlı erməni müğənni İru Xeçanovi yeni skandalla diqqət mərkəzindədir.
Məlumatı “Sputnik Gürcüstan” yayıb.
İru “Səs” musiqi layihəsinin finalının nəticələrini saxtalaşdırmaqda ittiham olunur.
Layihə başa çatdıqdan sonra sosial şəbəkələrdə erməni müğənninin qələbəsinin əvvəlcədən planlaşdırıldığına dair məlumat yayılmağa başlayıb. Bundan sonra “Georgian Times” telekanalı projenin təşkilatçılarından biri Davit Yevgenidzenin bütün komandanın İrunun finala çıxması və qalib gəlməsi üçün ciddi şəkildə çalışdığını bildirən səsyazısını yayımlayıb.
Nə şounu yayımlayan Gürcüstanın “Birinci Kanal”ının nümayəndələri, nə də İru hələlik bununla bağlı açıqlama verib.
Saxtakarlığın üzə çıxmasından sonra İru sosial şəbəkələrdə etiraz edən gürcülərin diqqət mərkəzində olub.