• 19 Sentyabr 2024 05:56

Çinar yarpağının bu faydalarını heç bilirdiniz?

 

Çinar ölkəmizin hər yerində yetişən uzun ömürlü və dayanıqlı olması ilə tanınan geniş yarpaqlı ağac növüdür. Uzun illərdir ki, onun gövdəsindən mebel istehsalında istifadə edilir.

Son illərdə aparılan araşdırmalarda çinar ağacı yarpaqlarının insan sağlamlığı üçün faydalı olduğu üzə çıxıb.

Tanınmış loğman, profesor İbrahim Saraçoğlunun sözlərinə görə, çinar yarpağı revmatizm, osteoartrit xəstəliyi (xalq arasında oynaqların daşlaşması) və depressiya başda olmaqla, bir çox xəstəliyin müalicəsində istifadə edilir.

Çinar yarpağı nəyə faydalıdır?

Çinar ağacı yarpağı hüceyrə yeniləyici xüsusiyyəti sayəsində yanıq müalicəsində istifadə edilir.

Yel ağrılarına yaxşı təsir edir.

Oynaqların daşlaşmasına qarşı effektlidir.

Saç dərisini yaxşılaşdıraraq kəpək yaranmasının qarşısını alır və saç diblərini gücləndirir.

Sədəf xəstəliyini müalicə edir.

Bədəndə şiş əmələ gəlməsini azaldır.

Anti-depresant xüsusiyyətlər ehtiva edir.

Diş ağrılarını azaldır, həmçinin diş əti müalicəsində də istifadə olunur.

Qrıja müalicəsində təsirlidir.

Tacxeber.com

Oxşar xəbərlər