İki məşhur türkiyəli cütlük dağıntılarda zərərçəkmiş uşaqları övladlığa götürəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, onlar müğənni Petek Dinçöz və biznesmen həyat yoldaşı Nida Büyükbayraktar və bloqer Gamze Erçel və dizayner həyat yoldaşı Caner Yıldırımdır.
“Həyat yoldaşım Nida Büyükbayraktar və mən (Petek Dinçöz) zəlzələdə kimsəsiz qalmış bir uşağımızın qoruyucu ailəsi olmaq və bu məsuliyyəti öz üzərimizə götürmək istəyirik”, – P. Dinçöz instaqramda yazıb.
“Biz həyat yoldaşımla bir şeyə qərar verdik. Bir uşağın ailəsi olmaq üçün müraciət etdik. Çətin dövr olacaq, uzun çəkəcək. Sabah dərhal cavab gəlməyəcək. Amma etməyə qərar verdik və əgər uyğun görülsək, ən yaxşı şəkildə edəcəyik”, – Caner Yıldırım instaqramda yazıb.
Bundan əlavə, aktyor İlker Kaleli və müğənni həyat yoldaşı Sıla Gençoğlu üç uşağın təhsil ödənişlərini qarşılayacaqlarını bildiriblər.