• 23 Noyabr 2024 00:05

Türkiyədə hər kəsi ağladan görüntü: ana son nəfəsində körpəsini əmanət etdi – VİDEO

 

Türkiyədə zəlzələnin yaratdığı dağıntılar altında hər kəsi göz yaşlarına boğan daha bir hadisə yaşanıb.

Tacxeber.com xəbər verir ki, xilasetmə qrupları Hatay şəhərinin Antakya bölgəsində dağıntılar altında qalan 3 yaşlı Eyanı xilas edib.

Lakin 3 yaşlı uşaq anasını orada buraxmaq istəməyib. Xilasedicilər uşağı dağıntılar altından çıxararkən, son nəfəsini verən ana başını qaldırır, daha sonra gözlərini yumur.

Xilasedicilərdən biri yoldaşına deyir ki, “ana başını qaldırdı, daha sonra vəfat etdi, yəqin ki, övladını bizə əmanət edir”.

70 saat sonra dağıntılar altından sağ çıxarılan Eya isə həkimlərin nəzarətindədir.

Tacxeber.com

Oxşar xəbərlər