• 20 Sentyabr 2024 02:25

Türkiyədəki zəlzələdə həlak olan idmançılar – SİYAHI – FOTO

 

Türkiyəni yasa boğan zəlzələdə insan tələfatı artır. Baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342, yaralılaın sayı isə 74 242 nəfərə çatıb.

Tacxeber.com baku.vs-ə istinadən xəbər verir ki, “CNN Türk” təbii fəlakət zamanı həlak olan idmançıların siyahısını təqdim edib.

1. Malatya Böyükşəhər Bələdiyyəsində çıxış edən voleybolçular Mehmet Can Ağırbaş, Emincan Kocabaş və Murat Çiloğulları

366085

2. Turqutlu Bələdiyyəsinin E-sport (Elektron idman, təşkil edilmiş video oyun yarışlarına verilən ad) oyunçusu Gizem Harmankaya

366086

3. “Kahramanmaraş İstiklalspor”da çıxış edən 23 yaşlı futbolçu Saruhan Bolat, Hakan Doğan və Taner Kahriman

366088

366087

4. “İskenderunspor”un məşqçisi Halil İbrahim Ölmez dağıntılar altından çıxarıldıqdan sonra reanimasiyada dünyasını dəyişib.

366089

5. “Merinos” voleybol klubunun 27 yaşlı spikeri Betül Çoban Çakır və həyat yoldaşı, voleybolçu Bedrettin Çakır

366090

6. “Yeni Malatyaspor”un 28 yaşlı qapıçısı Ahmet Eyüp Türkaslan

366091

7. Şanlıurfa təmsilçisi “Gənclikspor”un məşqçisi Mustafa Abak və həyat yoldaşı Hacer Abak

366092

8. “Adana Tennis Dağ və Su İdman Klubu”nun idmançıları Yağız Uçurum və Yağmur Uçurum, ataları Uğur və anası Gökçe Uçurum

366093

9. “İskenderunspor”un U-18 futbolçusu Burak Duraltı

366094

10. Türkiyə Atçılıq Federasiyasının idmançısı Semanur Baysal

366095

11. Kahramanmaraş Güləş komandasının idmançıları Eray Şimşək, Mehmet Emin Eskisarılı, Ali Gürsoy, Ahmet Taş və Aslan Ekiz

366096

12. “Hatayspor” klubunun qızlardan ibarət komandasının 15 yaşlı futbolçusu Verda Demetgül

366097

Oxşar xəbərlər