4 azərbaycanlı tələbənin yaşadığı binadan yeni xəbər Hadisə 11 Fevral 2023 01:26 158 Paylaş“Malatyadakı 4 azərbaycanlı tələbənin qaldığı binanın dağıntıları arasında hazırda Yaponiya xilasedicilərinin işlədiyi xəbəri gəldi”.Tacxeber.com xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı deyib.O bildirib ki, deyilənə görə, yapon xilasedicilər dağıntıların alt qatlarından hənirti gəldiyini bildiriblər.“Ümidimiz iynənin ucu qədərdir, amma yoxdan yaxşıdır”.Bundan əlavə, “TRT Haber” xəbər yayımlayıb ki, Azərbaycanlı tələbələrin yaşadığı binada 5 nəfər sağdır.Tacxeber.com