Bu ölkə Türkiyədə xilasetmə işlərini yarımçıq dayandırdı Dünya 11 Fevral 2023 19:14 169 Paylaş Avstriya ordusu Türkiyədə zəlzələdən xilasetmə işlərini dayandırıb.Tacxeber.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Avstriya Silahlı Qüvvələrinin polkovnik-leytenantı Piyer Kuqelveys məlumat verib.O bildirib ki, bölgədə silahlı qruplaşmalar arasında baş verən atışmaya görə belə bir qərar qəbul edilib:“Bu cür hadisələr axtarış-xilasetmə işlərinə mane olur. Biz kömək etmək istərdik, amma vəziyyət belədir”.P.Kuqelveys eyni zamanda vurğulayıb ki, Avstriya ordusuna qarşı heç bir hücum olunmayıb.Tacxeber.com