• 08 Sentyabr 2024 05:14

Nisə Qasımova insult keçirdi, dili tutuldu

 

Xalq artisti Nisə Qasımova insult keçirib. 

Hadisə iki həftə əvvəl baş verib.

İnsult nəticəsində sənətçinin sifəti əyilib və dili tamamilə tutulub.

Məlumata görə, hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var.

Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu. Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi./Bakupost.az

Tacxeber.com

Oxşar xəbərlər