Qalxanvari vəz boğazda yerləşən çox kiçik kəpənəyəbənzər orqan olub, insanın bütün fiziki, mənəvi proseslərində iştirak edir. İnsanın enerjisi, əhvalı, sağlamlığı bu orqanın işindən asılıdır.
Bu zərif vəzi sıradan çıxarmaq çox asandır. Deyirlər, qalxanvari vəz xəstəlikləri daha çox insanın həyat tərzi, davranışı və keçirdiyi hisslərdən başlayır. Hətta zərərsiz bilib, fərqinə varmadığınız gündəlik vərdişləriniz də onu qısa müddətdə sıradan çıxara bilər.
Medicina.az həm kişilərdə və daha çox da qadınlarda qalxanvari vəzə zərərli vərdişləri, səbəbləri təqdim edir.
– Stresə nəzarət etməmək, vaxtında müalicə almamaq və stres hormonunun çoxluğu – Kortizol hormonu qalxanvari vəzin düşmənidir Müntəzəm, uzun müddət, bitmək bilməyən stress, təşviş, qorxupanik atak, yaddaş pozuntusu, yuxu pozulması, əsəb, gərginlik, depressiya gətirir. Stress diabeti də sürətləndirir. Ona görə qalxanvari vəzin sıradan çıxması an məsələsidir və bu hallarda baş verəcək.
– Yağlardan tamam imtina etmək – faydalı doymuş və doymamış yağlar qalxanvari vəz və beyin üçün qidadır. Yağ onlar üçün yanacaq rolunu oynayır. Hansısa dieta və ya zəif qidalanmaya görə yağı unutmaq olmaz.
Yağ dedikdə, gündəlik 20 qr kərə yağı, eləcə menyuda zeytun yağı, qoz, yağlı balıq, avokado, yumurtanın olması nəzərdə tutulur. Bunları yemirsizsə, yağı yalnız yemək qızardanda istifadə edirsizsə, qalxanvari vəzi çoxdan çökmüş olacaq.
– Çoxlu kələm, turp, kələmkimilər növündən tərəvəzlər yemək – əslində bunlar çox faydalıdır. Amma hər gün və çox miqdarda yemək, xüsusən çiy halda zob əmələ gətirə bilər. Burda problem bu tərəvəzlərdə olan qlükozinolatlardadır, onlar qalxanvari vəz xəstəlikləri yaradır.