Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa heç nə içmir. Amma elə çaylar var ki, orqanizmi enerji və vitaminlərlə təmin edir, xəstəliklərin qarşısını alır.
Medicina.az xəbər verir ki, çaytikanı və itburnu çayı qədimdən bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Onlar C, B, E vitamini, katexinlər, flavanoidlərlə zəngindir.
Çoxsaylı elmi tədqiqatlar sübut edib ki, bu giləmeyvələrin dəmləməsi oynaqları qoruyur, iltihabı azaldır, viruslara qarşı dözümlü edir.
Çaytikanı və itburnu ürək-damar sistemini möhkəmlədir, çaytikanı qanda şəkəri tənzimləyir, mədəni sağaldır, selikli qişaları bərpa edir.