• 22 Noyabr 2024 23:53

Zəlzələnin 155-ci saatında əqli qüsurlu gənc dağıntılar altından xilas edildi – FOTO

 

Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən Hatayın Antakya rayonunda 23 yaşlı əqli qüsurlu Hüseyn Seferoğlu dağıntılar altından xilas edilib.

APA Anadolu Agentliyinə istinadən bildirir ki, zəlzələdən zərər çəkən Antakyada axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

Zəlzələnin 155-ci saatında əqli qüsurlu olduğu bildirilən 23 yaşlı Hüseyn Seferoğlu Jandarma Axtarış-Xilasetmə qruplarının səyləri ilə dağıntıları altından xilas edilib.

Səhiyyə personalına təhvil verilən Seferoğlu müalicə altına alınıb.

Tacxeber.com

 

Oxşar xəbərlər