• 16 Sentyabr 2024 23:53

Saakaşvilinin xəstəxanadan şok görüntüləri yayıldı – VİDEO

 

Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan yeni görüntüləri paylaşılıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, müşahidə kameraları vasitəsilə çəkilmiş kadrlarda sabiq Prezidentin halının pisləşdiyi, hərəkət etməyə çətinlik çəkdiyi və müvazinətini itirərək yıxıldığı əks olunur. Kadrların ötən il oktyabrın 6-da çəkildiyi qeyd olunub.

Saakaşvilinin vəkilləri və yaxınların onun səhhətinin hər gün daha da pisləşdiyini bildirirlər.

 

Oxşar xəbərlər