• 23 Noyabr 2024 00:55

“Süni zəlzələ, sadəcə, mistikadır”

“Yer qabığından 10 km və daha çox dərinə doğru toplanan potensial enerjidən yaranan tektonik dalğaların  yer səthini ani vaxt ərzində titrətməsi hadisəsi zəlzələ (Earthquake, disambiguation) adlanır. Zəlzələnin  yaranması üçün əsas amil yerin altındakı müvafiq dərinliklərdə  kövrək süxurların olmasıdır. Zəlzələ baş verərkən dayanıqlığını itirmiş həmin süxurlar yerini dəyişir və çox böyük tektonik enerji yaradır. Vulkan püskürməsi də zəlzələ yaradır, lakin onun tektonik enerjisi zəifdir.  Zəlzələrin baş verməsi litosferdəki süxurların (plitələrin) qırıq və ya fay xətti üzrə (line of fault) yerdəyişməsi ilə xarakterizə olunur. Bu qırıq xətti 2 seysmik qurşaqda (zəlzənin daim baş verdiyi yerlərdə) mövcuddur: Alp-Himlay qurşağı və Sakit okean qurşağı. Litosferdə iki lay (süxur) toqquşarsa, sıxlığı yüksək olan lay yüngül olanı müxtəlif istiqamətə itələyə bilir. Bu Vadati-Buniof-Zonaları adlı model ilə izah olunur. Toqquşma üç istiqamətdə sürüşmə (friksiya) yarada bilər: yan-yana (normal), aşağı batırma (reverse (thrust)), zərbə sürüşməsi şəklində (strike-slip). Bu sürüşmələr, yerdəyişmələr (subduction) zonası Yer səthində çox böyük tektonik enerji yaradır və dağıntılar törədir. Səthi zəlzələləriin hiposentri 10 km-ə qədər dərinlikdə,  normal zəlzələlərinki 10–60 km dərinlikdə, dərinlik zəlzələlərinin hiposentri 60–300 km, çox böyük dərinlikli zəlzələləriin hiposentri isə 300–700 km dərinlikdə yerləşir. Dünyada Rixter şkalası üzrə 10 dəqiqə müddətində davam edən 7 ballıq zəlzələnin enerjisi 25000 TNT-nin eyni vaxtda partlamasına ekvivalentdir. Bunları zəlzələnin süni yaradılmasını iddia edənlər üçün qeyd etdim. Süni zəlzələ, sadəcə, mistikadır”.

Tacxeber.com-ın xəbərinə görə, bunu professor Adil Qeybulla bildirib.

“Bu qədər enerjini Yer səthində əldə etmək və ən azı 10 km dərinliyə ötürmək heç bir vasitə ilə mümkün deyil. Sualtı partlayışlarla edildiyini iddia edənlər varsa, təsəvvür edin ki, Marian çökəkliyinin dərinliyi 11 km-ə yaxındır. Əgər bu dərinlikdə belə nəsə baş veribsə, onda yaranacaq sunami hanı? Hər şeyin elmi izahı var dostlar, miflər və mistikalar bir qayda olaraq, cahil beyinləri idarə edir”, – A.Qeybulla qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər