“Talıbovun İrana “hədiyyə” etdiyi 30 hektar araşdırılmalıdır” – Xəritə
“Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində Araz çayının yeri dəyişdirilərək Talıbovun İrana “hədiyyə” etdiyi 30 hektar torpağın Google Earth görüntüləri açıq şəkildə göstərir ki, 2019-cu ilədək Azərbaycanın ərazisi olan və şərurlular tərəfindən istifadə edilən otlaq sahələri İrana keçib”.
Tacxeber.com xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli feysbuk hesabıda bildirib.
“İran tərəfi Arazın əsas axınının yatağının üzərini doldurub, həmin əraziyə körpü (torpaq yol) salıb və Azərbaycan tərəfin otlaqlarını qazaraq yeni axıntıya yer yaradıb.
Bu konstitusiyon cinayətdir və dərhal Baş prokurorluq bu məsələni nəzarətə götürüb, peyk görüntülərini xüsusi ilə 2019-dan sonrakı dövrləri incələyib, insan müdaxiləsini aydın sübut etməli və bu ərazilər əvvəlki 2019-cu ildəki yerinə qaytarılmalıdır”, – Ə.Məmmədli qeyd edib.