• 22 Noyabr 2024 17:50

Axtarılan azərbaycanlı tələbələrdən birinə aid əşyalar tapıldı – FOTO

 

Xəbər verdiyimiz kimi, Malatyada dağıntılar altında qalan 4 azərbaycanlı tələbənin axtarışları davam edir.

Tacxeber.com xəbər verir ki, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar öz tviter səhifəsində dağıntılar altında qalan tələbələrdən biri Gündüz Nəzərzadənin evindən çıxan əşyaların fotosunu paylaşıb.

O, qeyd edib ki, G.Nəzərzadənin evindən Azərbaycan və Türkiyə bayraqları, eləcə də “Qurani-Kərim” çıxıb.

Qeyd edək ki, Malatya İnönü Universitetində təhsil alan Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədən hələ də xəbər yoxdur.

 

Oxşar xəbərlər