Bu gün Türkiyədəki zəlzələnin dağıntıları altından çıxarılan Şahin Vəliyevin ailə üzvləri də iki il öncə dağıntılar altında qalıb.
Tacxeber.com Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Şahinin anası aparıcı Xoşqədəm Hidayətqızının verilişində bildirib.
O qeyd edib ki, iki il öncə, 44 günlük müharibə zamanı ermənilər Gəncəyə raket atanda ailə üzvləri, anası, atası və qızı evlərin dağıntıları altında qalıb. Xoşbəxtlikdən onlar sağ qurtulublar.
Bu dəfə isə ailə növbəti faciənin amansız nəticəsindən xilas ola bilməyib.