• 22 Noyabr 2024 23:10

Təranə Səmədova həbs olundu

 

Tanınmış prodüser Təranə Səmədova həbs olunub.

Tacxeber.com“Qafqazinfo”ya istinadla bildirir ki, o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Məlumatına saytımıza açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də təsdiqləyib. Məlumata görə, prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmən T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər