Azərbaycanlı xilasedici zəlzələ bölgəsində xəsarət alıb – VİDEO
Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu, axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.
Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb.
Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.
Onu da əlavə edək ki, “CNN Türk” kanalı da səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilib.