Qız dünyaya gətirən 37 yaşlı Ceyn Uelç körpənin bədənində ürəyin ideal formasını təkrarlayan doğum ləkəsini görəndə xeyli təəccüblənib.
Tacxeber.com bildirir ki, İngiltərə Staffordşir şəhərinin sakinləri qızlarına “balaca Cupid” (Kupid qədim Roma mifologiyasında məhəbbət tanrısıdır – red.) ləqəbi qoyublar.
Ləkə qızın qarnında, göbək səviyyəsində yerləşir.
Fevral ayında qızın bir yaşı tamam olacaq, lakin bu müddət ərzində bu ürək forması yoxa çıxmayıb və formasını itirməyib.
“Qızımız olduğunu bilirdik və pediatr Corciyanın qarnında qırmızı ləkəni görəndə heyrətləndi. O, doğulanda bu, sadəcə olaraq kiçik qırmızı ləkə idi, amma mükəmməl ürək forması idi. Həkimlər onun doğularkən yoxa çıxacağını düşünürdülər, amma o yoxa çıxmadı. Corciya sürətlə böyüyür və xal onunla birlikdə və mükəmməl nisbətdə böyüyür “-deyə qızın anası jurnalistlərə bildirib.
Ana əlavə edib ki, ata qızı üçün dəli olub, necə ki, qız da onun üçün ürəkdən gedir.
“O, əsl atasının qızıdır” deyə qadın bildirib.
Jane bildirib ki, qızının doğum ləkəsi artıq bir ildir ki, təkcə qohumları və ailə dostları tərəfindən deyil, həm də pediatrların marağına səbəb olub.
“Onunla görüşən hər kəs onu sevir və həmişə görmək istəyir. O, “sevgi dolu ürəyi olan kiçik qız” kimi tanınır və biz onun bu barədə heç bir tibbi narahatlığı olmadığına görə minnətdarıq. Bu, sadəcə olaraq gözəl və bənzərsizdir”-deyə ana əlavə edib.
Qadın bildirib ki, o, eyni döyməni Corciyanın bədənində olduğu yerdə etmək istəyir.