• 23 Noyabr 2024 03:55

Oğlu zəlzələdə həlak olan ana: “Qaçmaq istəyib, dəhlizə qədər…” – VİDEO

 

Malatyada zəlzələdə həyatını itirən Şahin Vəliyevin anası yaşadığı dəhşətləri danışıb.

Tacxeber.com-ın veridiyi məlumata görə, Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı ölüm xəbəri yayılan Şahin Vəliyevin ailəsi baş verənlərə hələ də inana bilmir. Acı xəbər Şahinin yaxınlarını tamamilə sarsıdıb desək yanılmış olmarıq.

Xəbəri eşidən hər kəs 21 yaşlı tələbənin böyüdüyü evə gəlib. Təəssüf ki, ümid dolu baxışları indi göz yaşları əvəz edir.

Şahinin anası Esmira Hüseynova deyir ki, oğlunun ölüm xəbərini ilk dəfə sosial şəbəkən eşidib, daha sonra Türkiyədə olan qardaşı təsdiqləyib:

“Bakıdaydım. İlk xəbəri sosial şəbbəkədən eşitdim. Sonra Malatyada olan qardaşımı yığıdım. Qardaşım cənazəsini göstərdi, dedi, gətirib gəlirəm. Balam vəfasız oldu. Məni qoyub getdi. Söz vermişdi məni həyatda tək qoymayacaq.”

Şahin Vəliyev evin tək oğlu olub. Özündən sonra kiçik bacısı qalıb. Hadisə zamanı tələbələr qaçmağa çalışsalar da mümkün olmayıb: “Qaçmaq istəyiblər, alınmayıb. Biri pilləkəndə yıxılıb, biri dəhlizdə… Mənim balam dəhlizdə yıxılıb. Xilasedicilər deyiblər, kimi hardan tapılıblar. Çıxa bilməyib balam. Bina üstünə yıxılıb”.

21 yaşlı Şahin Vəliyev Malatya şəhərində İnönü Universitetində İdman ustalığı ixtisasında 4 il oxuyub. Malatya şəhərində Zafer məhəlləsi, Mehmetbuyruq prospekti, Hakim bəy apartmanı ünvanında yaşayıb.

 

 

Oxşar xəbərlər