• 22 Noyabr 2024 21:59

Konsertindən yığılan pulun bir hissəsini Türkiyəyə göndərəcək

Konsertindən yığılan pulun bir hissəsini Türkiyəyə göndərəcək

 

Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar yaradıcılıq gecəsinin tarixi dəyişdirilən Xalq artisti İlqar Muradov konsertindən yığılan pulun müəyyən hissəsini qardaş ölkəyə yardım üçün göndərəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə sənətçi “AzərTac”a açıqlamasında deyib:

“Türkiyədə baş verənlər böyük faciədir, əsrin fəlakətidir. Bu gün biz Türkiyənin yanındayıq. Dövlət olaraq, xalq olaraq qanı qanımızdan olan qardaşlarımızın yanındayıq. Yüksək dövlət xadimlərindən tutmuş sıravi vətəndaşlara qədər hər kəs əlindən gələn köməyi edir. Biz də düşündük ki, konsertimizdən əldə olunan vəsaitin müəyyən hissəsini Türkiyədəki müvafiq qurumların hesabına köçürək. Biz birlikdə güclüyük!”

Qeyd edək ki, Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə fevralın 12-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan yaradıcılıq gecəsi Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar fevralın 17-də saat 19:00-da baş tutacaq.

İfaları ilə qəlbləri fəth edən müğənni gecədə öz repertuarından olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.

Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər.

Oxşar xəbərlər