• 01 İyun 2025 21:25

Bu ölkələrdən çağırış: İran dünya üçün təhlükədir

 Bu ölkələrdən çağırış: İran dünya üçün təhlükədir
Paylaş

 

Vaşinqton və Körfəz ölkələri İranı “bölgədə sülhə təhlükə” adlandırıb.

Tacxeber.com “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ və Körfəz Əməkdaşlıq Şurasının üzvü olan ölkələr İranın sabitliyi pozan fəaliyyətlərini cilovlamaq imkanlarını artırmaq üçün müdafiə sahəsində əməkdaşlıq və əməliyyat koordinasiyasını genişləndirmək barədə razılığa gəliblər. Bu barədə təhlükəsizlik danışıqlarının yekunlarına dair birgə bəyanatda deyilir.

Məlumata görə, sənədi imzalayan dövlətlər “İran tərəfindən silahların yayılması və tədarükünü region və dünya üçün ciddi təhlükəsizliyə təhdid” adlandıraraq, Tehranı dərhal öz siyasətini dəyişməyə və MAQATE ilə vicdanlı əməkdaşlığa çağırıblar.

Tacxeber.com

Oxşar xəbərlər