• 23 Noyabr 2024 00:48

Elm dünyasını ikiyə bölən sual: Heyvanlar zəlzələni əvvəlcədən hiss edirmi?

 

Türkiyədəki dəhşətli zəlzələlərdən sonra “Heyvanlar zəlzələni əvvəlcədən hiss edə bilərmi?” sual yenidən gündəmə gəlib.

İtaliyada aparılan araşdırmanı xüsusilə vurğulayan elm dünyası bu mövzuda fərqli fikirlər səsləndirir.

Tacxeber.com bildirir ki, Kahramanmaraşda baş verən zəlzələdən sonra Türkiyədə zəlzələnin əvvəlcədən proqnozlaşdırıla biləcəyi ilə bağlı suallar yenidən gündəmə gəlib. Mütəxəssislərin fikrincə, indiki elmi inkişaf və texnologiya ilə zəlzələnin proqnozlaşdırılması mümkün deyil.

367606

Zəlzələləri proqnozlaşdırmaq üçün araşdırmalarla dəstəklənən nəzəriyyələrdən biri də heyvanlara əsaslanır. Bəzi elm adamları heyvanların zəlzələləri əvvəlcədən hiss edə bildiyini bildirirlər.

367607

Kahramanmaraşda baş verən zəlzələdən əvvəl bölgədəki quşların qəribə davranışlarını əks etdirən video yayılıb. Videonu paylaşan sosial şəbəkə istifadəçisi “Türkiyədə zəlzələdən əvvəl quşlar qəribə davranır” qeydini yazıb.

367608

Əslində, zəlzələdən əvvəl qeyri-adi heyvan davranışına dair ən erkən istinad e.ə Yunanıstanda baş vermiş zəlzələdir. O dövrün qeydlərinə görə, zəlzələdən əvvəl siçan, tırtıl və ilanların evlərini tərk etdiyi və bundan bir neçə gün sonra zəlzələnin baş verdiyi bildirilir.

367609

Bundan başqa, Çində baş verən böyük zəlzələdən əvvəl heyvanların dəli olduğu deyilir. Bu səbəbdən insanlar qorxduqları üçün gecəni çöldə keçirərək ölümdən xilas olublar.

İngilis mətbuatında yayılan xəbərə görə, bəzi çalışmalarda heyvanlarda təbii fəlakətlərə qarşı erkən xəbərdarlıq sistemi var. Heyvanların davranışlarını izləməklə kiçik və ya böyük zəlzələlərin bilinə biləcəyi və sunamilərin fərqinə varılacağı düşünülür.

367610

Heyvan davranışları üzrə mütəxəssis Martin Wikelski, 2004-cü ildə İndoneziyada baş verən sunamidən sonra fillərə taxdıqları cihazlarla apardıqları araşdırmadan danışıb.

367611

Wikelski, “Biz sağ qalan bəzi filləri izlədik. Bunu edərkən tamamilə fərqli bir şey kəşf etdik: sözügedən fəlakətdə 300 min adam öldü. Ancaq qonşu Simeulue adasında yalnız 7 nəfər öldü. İnsanlar toyuq və ya başqa heyvanların fərqli hərəkət etdiklərini görüb, nəsə olacaq düşüncəsi ilə dağlara doğru qaçıblar”, – deyə o, bildirib.

Wikelski bunun hələ qəti olaraq sübut edilmədiyini deyərək, “Biz bunu sadəcə nağıl olaraq düşünməməliyik. Araşdırmalar aparmalıyıq”.

367612

Bundan əlavə, Maks Planc Heyvan Davranışı İnstitutunun və Almaniyanın Konstanz Universitetinin tədqiqatçıları bir qrup təsərrüfat heyvanının seysmik aktivliyi əvvəlcədən hiss etdikdən sonra anormal davranış nümayiş etdirdiyini vurğulayıblar.

367613

2016 və 2017-ci illərdə 4 aylıq ayrı-ayrı dövrlərdə aparılan təcrübədə İtaliyanın şimalında zəlzələyə meyilli bir bölgədə yaşayan 6 inək, 5 qoyun və 2 it üzərində tədqiqat aparılıb.

367614

Tədqiqat dövründə 18 000-dən çox təkan baş verib və 6,6 bal gücündə zəlzələ, yüksək intensivlikli afterşok baş verdikdə, heyvanlar açıq şəkildə normal hərəkətlərindən artıq reaksiya veriblər.

367615

Təcrübəyə görə, zəlzələnin intensivliyi 3,8-dən çox olduqda heyvanların hərəkətləri dəyişir. Ancaq bu vəziyyət açıq sahə və qapalı sahə arasında fərqlənir. Mütəxəssislər qapalı məkandakı heyvanların zəlzələlərə daha çox reaksiya verdiyini və bunun stresslə düz mütənasib olduğunu düşünürlər.

367616

Araşdırmanın başqa bir nəzəriyyəsi isə heyvanların 1-20 saat arasında baş verəcək zəlzələlərə daha çox reaksiya verməsidir. 20 saatdan çox gözlənilən zəlzələyə reaksiya verən heyvana rast gəlinmədiyi bildirilir.

367617

Bu tədqiqatın əsası heyvanların yayılan siqnalları qəbul etməsinə əsaslanır. 2010-cu ildə aparılan başqa bir araşdırmaya görə, tektonik hərəkətlər ionları havaya səpələyir və bu fərqi heyvanlar hiss edir.

Amma bütün elm dünyası belə düşünmür. Bəzi tədqiqatçılar deyirlər ki, heyvanlar zəlzələləri əvvəlcədən hiss edə bilməzlər; iddia edilir ki, bəlkə də bunu yalnız bir neçə saniyə və ya dəqiqə əvvəl hiss edirlər.Amerika Seysmoloji Assosiasiyasının 2018-ci ildə apardığı araşdırmada aşağıdakı ifadələr yer alıb:

“Əvvəlki 180 araşdırma nəzərdən keçirildi və müəyyən edildi ki, heyvanların davranışı ilə zəlzələ arasındakı əlaqə boşluqlarla doludur. Təcrübələrdə ciddi çatışmazlıqlar və səhvlər var”.

367618

Assosiasiyanın məlumatına görə, heyvanlar zəlzələləri bir neçə saniyə əvvəl hiss edə bilsələr də, onların bunu saatlar əvvəl hiss edə bildiyinə dair dəqiq dəlil yoxdur. Bununla belə, hesabatda İtaliyada aparılan araşdırmanın “perspektivli” olduğu vurğulanıb.//bakupost.az

Tacxeber.com

Oxşar xəbərlər