• 20 Sentyabr 2024 12:56

“MTN-in “başkəsən” generallarından birinin 30 milyonluq əmlakı özünə qaytarıldı”

 

“Bu yaxınlarda Ali Məhkəmənin qərarı ilə keçmiş MTN-in “başkəsən” generallarından birinin 30 milyonluq əmlakına bəraət verilərək özünə qaytarıldı. Bu cəmiyyətdə birmənalı qarşılanmadı”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, qanunlar medianın belə şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır: “İndi onun mənbəyi və başqa məsələlərlə bağlı araşdırma aparanda onun təqsirli olub-olmaması məsələsi gündəmə gələ bilər. Media bundan çəkinir, amma cəmiyyətin xeyirinədir ki, bir çox bu istiqamətdə olan məsələlərdə araşdırma aparmaq imkanı təqsirli şəxsin olması barədə xarakterizə olunmasın. Ona görə də incə bir ifadə əlavə etməliyik ki, medianın bu hüququ məhdudlaşmasın”.

Tacxeber.com

Oxşar xəbərlər