Hərbi hissədəki Zəngəzur xəritəsi erməniləri qorxuya sadı – FOTO
Müdafiə naziri Zakir Həsənovun işğaldan azad olunan ərazilərə səfəri zamanı ziyarət etdiyi hərbi hissədə divardan asılmış Azərbaycan xəritəsi erməniləri qorxuya salıb. Tacxeber.com xəbər verir ki, xəritədə tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzur bölgəsi əks olunur.
Ermənilər bu xəritəni Azərbaycanın Zəngəzuru da almaq istəyi kimi şərh edirlər. Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan iddia edib ki, bu, Azərbaycanın planıdır.
“Azərbaycanın hərbi hissəsində Ermənistan ərazisini (?) də əhatə edən xəritələr asılır. Bu, Azərbaycanın gələcək planıdır”, – o deyib
Zəngəzur Azərbaycanın tarixi torpağıdır və tarixi torpağımızın xəritədə əks olunması qədər təbii bir şey yoxdur. Lakin hərbi hissədə asılan xəritədə Zəngəzur bölgəsi fərqli (qara) rəngdə əks olunur. Mümkündür ki, bu, sərhdlərin delimitasiya olunmadığı üçün hərbi riskli bölgə olaraq əksini tapıb. Ermənilərin əl-ayağa düşməsinin səbəbi isə Azərbaycanın 44 günlük müharibədən sonra öz tarixi torpaqlarını gündəmə gətirməsidir.