• 22 Noyabr 2024 18:35

Zəlzələ Azərbaycanda Türkiyə mallarının qiymətini bahalaşdıracaq?

 

Türkiyə-Azərbaycan iqtisadi münasibətləri, ticarət dövriyyəsi ölkəmiz üçün kifayət qədər vacibdir. Amma “əsrin fəlakəti”nin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, görərik ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək”.

Türkiyədə baş verən zəlzələnin ölkəyə vurduğu maddi ziyan milyardlara bərabərdir. Təbii fəlakətin iqtisadi nəticələri ilə yanaşı, Azərbaycanla ticarət dövriyyəsinə təsirləri də müzakirə olunur.

Maraqlıdır, böyük tələfata səbəb olan “əsrin fəlakəti” Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir göstərəcək?

Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır

Millət vəkili Vüqar Bayramlı deyir ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır: “2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşmışdı. Azərbaycanın həm ümumi ticarətində, həm qeyri-neft ixracatında Türkiyənin xüsusi pay var. Bu baxımdan təbii ki, Türkiyə-Azərbaycan iqtisadi münasibətləri, ticarət dövriyyəsi ölkəmiz üçün kifayət qədər vacibdir. Amma “əsrin fəlakəti”nin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, görərik ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək”.

“Qiymət artımları proqnozlaşdırılmır”

Ekspert vurğulayır ki, Türkiyə ölkəmizin qeyri-neft ixracatında da ikinci əsas tərəfdaşıdır: “3 milyard dollarlıq enerjidən kənar ixracatımızın təxminən üçdə biri Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Təbii ki, Türkiyədən ərzaq və qeyri-ərzaq məhsullarının idxalı həyata keçirilir. Hazırda Türkiyədə bu məhsullarının istehsalında və ixracatında hər hansı çətinliklər yoxdur. Ona görə də zəlzələnin Azərbaycan bazarına neqativ təsiri və qiymət artımları proqnozlaşdırılmır”.

Şirkətlər hazırda öz yaralarını sarımaqla məşğuldurlar

İqtisadçı ekspert Xalid Kərimli də zəlzələnin Azərbaycan iqtisadiyyatına neqativ təsirinin olmayacağı qənaətindədir. Mütəxəssis bildirir ki, zəlzələnin baş verdiyi ərazilərdə ciddi iqtisadi ticarət əlaqələrimiz yoxdur: “Türkiyə iqtisadiyyatının təqribən 10 faizi, 20 milyard dolları zəlzələnin olduğu bölgədən gəlirdi. Amma Azərbaycanın bu bölgədə işləyən şirkətlər ilə böyük iqtisadi əlaqələri yoxdur. Təbii ki, Türkiyə şokdadır. Şirkətlər və əhali hazırda öz yaralarını sarımaqla məşğuldurlar və bunun bizə də təsiri olacaq. Amma bu, qısamüddətli təsirdir. Ciddi şəkildə nə iqtisadi ticarət əlaqələrinə təsir edəcək, nə də ölkələrarası iqtisadi problemə çevriləcək”.

İqtisadiyyatı çox çevik, sahibkarı ağıllıdır

Mütəxəssis vurğulayır ki, Türkiyə güclü dövlətdir və bu zərərin də altından qalxacaq: “Zəlzələnin Türkiyəyə vurduğu iqtisadi zərər təxminən 100 milyard dollar dəyərindədir. Bu da Türkiyə ümumdaxili məhsulunun təxminən 10-12 faizini əhatə edir. Türkiyə güclü ölkədir. İqtisadiyyatı çox çevik, sahibkarı ağıllıdır. Hökumət borclanma imkanına malikdir. Hazırda borcun ümumdaxili məhsula nisbəti 30-35 faiz arasındadır. Bu da onu deməyə imkan verir ki, hələ xarici institutlardan rahat, risksiz şəkildə borc da götürə bilər”.

Əgər tələb təklifdən üstün olarsa…

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, zəlzələ ilə əlaqədar Türkiyədən idxal olunan parfümeriya və yeyinti məhsullarının qiymətlərində cüzi artım ola bilər: “Bazarda məhz bununla bağlı ciddi qiymət artımlarının olmasını gözləmirəm. Çünki bizim yerli istehsallar da var və bazarı təmin edir. Bundan əlavə, əgər tələb təklifdən üstün olarsa, digər bazarlara da üz tutmaq olar. Azərbaycanın həmin bölgələrdən idxal etdiyi məhsullar alternativlə əvəz edilə biləcək, həmçinin digər ölkələrdən alına biləcək məhsullardır. Müəyyən sahələr var ki, müəssisələr açılmalı və asılılığımız aradan qaldırılmalıdır. Daxili istehsalın çeşidi artırıldıqda, qonşu ölkələrdə baş verən hadisələrin bizə təsirləri olmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər