“Tərkibində təbii biotənzimləyicilər – poliprenollar və bioflavonoidlər olan giləmeyvə və meyvələr insanı cavan saxlamağa kömək edəcək”.
Tacxeber.com xəbər verir ki, bunu Rusiyada XFIT fitness testi üzrə terapevt və mütəxəssis Yekaterina Ladygina Gazeta.ru-ya müsahibəsində deyib.
“Bir ovuc zoğal və qarağat kimi giləmeyvə yaddaşı və idrak funksiyasını yaxşılaşdıracaq, antidepresan təsir göstərəcək və gəncliyi uzatmağa kömək edəcək”, – həkim deyib.
Mütəxəssis cavanlığı qorumaq üçün qaragilə, qara və qırmızı qarağat, kivi, zoğal və albalıdan istifadə etməyi tövsiyə edib:
“Onlar reparativ və bərpaedici prosesləri aktivləşdirir, orqanların strukturunu və funksiyalarını bərpa edir”.