• 19 Sentyabr 2024 06:07

Təndiri nəvəsinin “otu” ilə qaladı – Cinayətkar nənə

 

 

Ukraynanın cənub-qərbində yerləşən Odessa vilayətində nənə nəvəsinə kömək edərkən özü də cinayətkar oldu. Belə ki, yaşlı qadın evdə narkotik maddələr saxlayan nəvəsini cinayət məsuliyyətindən xilas etmək qərarına gəlib. O, bunun üçün nəvəsinə aid bütün narkotik maddələri sobaya yığaraq yandırmağa cəhd edib.

Tacxeber.com bu barədə “Bessarabia Inform”a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanları Vilkovo şəhərində reyd keçirib. Bu zaman narkotik vasitələr saxlamaqda və satmaqda şübhəli bilinən şəxslərin evlərində axtarışlar aparmağa qərar verilib. Nəticədə onlar bir neçə yerli sakindən qadağan olunmuş maddələr aşkar edərək götürüblər. Axtarış zamanı polislər maraqlı halla rastlaşıblar. Məlum olub ki, axtarışlardan xəbər tutan nənə nəvəsini cinayət məsuliyyətindən xilas etmək üçün ona məxsus narkotik maddələri sobada yandırmağa cəhd edib.

Bildirilir ki, indi qanun qarşısında təkcə şübhəli şəxs deyil, həm də maddi sübutları məhv etmək cəhdinə görə nəvəsini sevən nənə də cavab verməli olacaq.

Tacxeber.com

Oxşar xəbərlər