Türkiyənin Hatay şəhərinin bələdiyyə sədri Lütfü Savaş atdığı addımla gülüş hədəfinə çevrilib.
Tacxeber.comTürkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən bələdiyyə sədri Afrika şahzadəsi ilə görüşdüyünü yazıb.
“Dünyanın hər yerindən yanımızda dəstək görmək bizləri ümidləndirir. Zəlzələ fəlakətindən sonra şəhərimizə qatqılarından dolayı Afrika şahzadəsi Fridom Yakob Sezara təşəkkür edirəm”,- deyə o qeyd edib.
Çox keçmədən bələdiyyə sədrinin şahzadə kimi təqdim etdiyi Fridom Yakob Sezarın şahzadə olmadığı bəlli olub.
Qanadan olan iş adamı Nana Kvame Bediako Hataya gələrək, özünün Afrika şəhzadəsi kimi qələmə verdiyi üzə çıxıb.
Saxta şahzadənin geyindiyi formanın da real olmadığı bildirilib.
Afrikanın ən mühüm iş adamlarından biri kimi göstərilən Bediakonun sərvətinin 2 milyard dollardan çox olduğu təxmin edilir.
L. Savaşın sosial şəbəkələrdə gündəmə gələn paylaşımına çoxlu reaksiyalar olub.