Hatayda baş verən zəlzələlərdən sonra 3 kilometrlik yolda dərin yarıqlar və çökmələr əmələ gəlib.
Zəlzələnin şiddətini ortaya qoyan yolun yarılmasının havadan görüntüləri yayımlanıb.
Samandağ rayonunda yerləşən və Asi çayının dənizə töküldüyü nöqtəyə aparan təxminən 3 kilometrlik yolun bu görüntüləri zəlzələnin maqnitudasının nə qədər güclü olduğunu bir daha əks etdirib.