Türkiyəli müğənni İbrahim Tatlısəs zəlzələdən zərərçəkənlərə yardım edənlər sırasına qoşulub.
Tacxeber.com xəbər verir ki, müğənni sosial media hesabında paylaşım edərək Bodrumda yerləşən 5 evini, əmlakları hazır olanadək ailələrin yaşaması üçün verdiyini bildirib.
Qeyd edək ki, ötən gün Hatayda yenidən 6.4 və 5.8 bal gücündə zəlzələ olub.