• 22 Noyabr 2024 19:17

Zəlzələ zamanı görünən sirli mavi işıq nədir? – İZAH – VİDEO

 

Türkiyədə baş verən güclü zəlzələlərdən sonra səmada rəngarəng işıqların görünməsi marağa səbəb olub.

Tacxeber.com xəbər verir ki, türkiyəli tanınmış texnika mühəndisi, Texas Texnologiyalar Universitetinin məzunu Çağrı Mərt Bakırcı insanlara sirli kimi görünən rəngli işıqların səbəbini izah edib. O bildirib ki, bunların əhəmiyyətli hissəsi dumanlı səmada qırılan elektrik naqillərinin yaratdığı yüksək gərginlikli impulsların əksidir.

“Amma elektrikin olmadığı yerlərdə də bu işıqları görmək mümkündür. Bunun səbəbi iki cür izah edilir:

Pyezoelektrik materiallar çox maraqlı bir xüsusiyyətə sahibdir. Belə ki, bu materiallara, təzyiq tətbiq olunduqda elektrik, elektrik cərəyanı tətbiq etdikdə isə güc yaradır. Torpaqda bol olan kvars kristalları isə belə pyezoelektrik xüsusiyyətlərə malikdir. Buna görə də zəlzələlərdə sıxılmış torpaq öz elektrik enerjisini istehsal edə və buludlu havada elektrik impulslarına səbəb ola bilər. Başqa bir ehtimal isə vibrasiya zamanı yaranan böyük miqdarda statik elektrikin bir anlıq boşalmasıdır. Zəlzələ işıqları hələ qəti şəkildə sübut edilmiş və səbəbi açıqlanmış təbiət hadisəsi deyil. Lakin artan videosübutlar bu işıqların real ola biləcəyini göstərir”, – deyə o əlavə edib.

 

 

Oxşar xəbərlər