• 22 Noyabr 2024 16:54

İsrailli komandirin cibindən çıxan türk lirəsinin sirri: Hamımızın gözündən yaş axdı – FOTO

 

On minlərlə insanın həyatını itirdiyi Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra başlayan axtarış-xilasetmə işlərinə dəstək verən ölkələrdən biri də İsraildir. Ölkə Türkiyədəki işlərə mülki müdafiə birlikləri və bir çox xüsusi xilasetmə qrupları ilə qatılıb.

Tacxeber.com xəbər verir ki, İsrail komandası xilasetmə işlərindən sonra Türkiyədə çoxlu xatirələr toplayaraq ölkələrinə qayıdıb. Bu xatirələrdən birini danışan mülki müdafiə qrupunun xilasetmə bölməsinin komandiri Qolan Vaçın sözləri dinləyən hər kəsi təsirləndirib.

Vaç cibindən çıxardığı qəpik haqda danışaraq hekayəsini belə ümumiləşdirib:

“30 saat davam edən mübarizənin sonunda tunelin sonunda bir uşaq göründü. Xilasedicilər əlləri ilə uşağın üzərini örtən betonu təmizlədilər. Komandada olan dostlarımızdan biri 2 il əvvəl uşağını itirib. Bu dostumuz əvvəlcə uşağın başını sığalladı və sakitləşməsinə kömək etdi. Və ona, hər bir uşağın bütün dünyada anlaya biləcəyi bir dildə mahnı oxumağa başladı. Sanki bir doğuş kimi uşağı dağıntılar altından çıxarma prosesi başladı. Bu, uzun xilasetmə prosesində uşaq son dərəcə güclü idi. Nəhayət, uşaq beton və dəmir yığınlarının arasından çıxarıldı. Hamımızın gözündən yaş axdı.

Ondan sonra oğlanın əmisi yanımıza gəlib bu pulu bizə verdi. Bu, sadə qəpik puldur, çox dəyəri yoxdur. Həmin şəxsin söylədiyinə görə, yerli adətlərə görə, bu sikkə doğuşdan sonra qadına verilir. Ancaq doğuş çətin doğuşdursa, bu pulu doğuşu gerçəkləşdirən həkimə verirlər”.

Tacxeber.com

Oxşar xəbərlər