Siqaret istifadə edən insanlar rahatlıqla qan donoru ola bilərlər.
Bu barədə Mərkəzi Qan Bankının məlumatında deyilir.
Amma donorlar qanvermədən əvvəl və sonra bəzi məqamlara diqqət etməlidirlər:
Qanvermədən 1 saat öncə siqaret istifadəsi məsləhət görülmür.
Belə ki, donor qanındakı nikotin qana ehtiyacı olan bir sıra xəstələrin – yenidoğulmuşların, hamilə qadınların, şüa almış xəstələrin səhhəti üçün təhlükəli ola bilər.
Qanvermədən sonra isə ən az bir saat siqaret istifadəsi məsləhət görülmür. Qanvermədən dərhal sonra siqaret istifadəsi baş ağrışı, ürəkbulanma, halsızlıq və bəzi hallarda huşun itməsinə səbəb ola bilər.