Beynəlxalq Kimya Olimpiadasının qalibi Əli Əliyev birbaşa Kanadanın nüfuzlu Toronto Universitetinin doktorantura səviyyəsinə qəbul olunub.
Tacxeber.com xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Facebook”da şəxsi səhifəsində paylaşım edib.
Rektor bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının “Kimya mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Əli Əliyev illik 32 256 Kanada dolları təqaüd qazanaraq, Toronto Universitetinin “Kimya mühəndisliyi və tətbiqi kimya” ixtisasında təhsilini davam etdirmək imkanı əldə edib.
E.Qasımov, həmçinin, Əli Əliyevin Beynəlxalq Kimya Olimpiadasının qalibi olduğunu və 2019-ci ildə BANM-nin tələbəsi statusuna müsabiqədənkənar sahibləndiyini qeyd edib.