• 23 Noyabr 2024 03:37

Mikrodalğalı soba xərçəng yaradır? – Terapevtdən VACİB AÇIQLAMA – VİDEO

Mikrodalğalı soba xərçəng yaradır? - Terapevtdən VACİB AÇIQLAMA - VİDEO

 

Bir çox insanın iş rejimi və ya həyat tərzi imkan vermir ki, yemək bişirməyə uzun vaxt sərf etsinlər. Ona görə də onlar ya sifarişlə yemək alırlar, ya da dondurulmuş qida və ya hazır təamları mikrodalğalı sobada bir neçə dəqiqəyə qızdıraraq yeməyi üstün tuturlar. Bəs görəsən bu sobaların insan orqanizminə zərəri var?

Tacxeber.com xəbər verir ki, terapevt Mətanət Cəfərova Xəzər TV-yə açıqlamasında əsas məsələnin mikrodalğalı sobada nəyi və hansı temperaturda qızdırmaq olduğunu bildirib.

Onun sözlərinə görə, mikrodalğalı sobadan düzgün istifadə edilmədiyi təqdirdə mədə-bağırsaqda fəsadlar yarana bilər. Bu hallar ishal, ürəkbulanma, başgicəllənmə kimi simptomlarla özünü biruzə verir. Həkim deyir ki, belə sobaların təsiri ilə xərçəngə yol açan xəstəliklərin yaranması faktı təsdiqini tapmayıb.

Qida üzrə ekspert Seymur Qafarov isə deyir ki, yemək hazırlandıqdan və soyuducuda saxlanıldıqdan sonra sadəcə bir dəfə mikrodalğalı sobada qızdırıla bilər.

Ekspert bildirir ki, mikrodalğalı sobanın hansısa kanserogen maddə yaratması, qidanın tərkibinə şüa ötürməsi barədə fikirlər yanlışdır. Onun sözlərinə görə, əgər belə sobalardan düzgün istifadə olunarsa, qidaya ciddi təsiri olmayacaq. Məsələn, dondurulmuş ət məhsullarının buzunun mikrodalğalı sobada əridilməsi düzgün deyil. Quru yeməkləri isə qızdırmazdan öncə üzərinə bir qədər ilıq və ya isti su əlavə edilməlidir.

Oxşar xəbərlər