Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dağıntılar altından yalnız insanlar deyil, böyük məbləğdə pul və zinət əşyaları da çıxarılmaqda davam edir.
Tacxeber.com Kahramanmaraşda dəhşətli zəlzələlərdən sonra axtarış-xilasetmə işləri zamanı tapılan qızıl kəmərlərlə dolu çanta barədə məlumat vermişdi.
Xilasedicilər tapdıqları 78 kiloqram ağırlığında qızıl kəmərlərlə dolu çantanı polisə təhvil veriblər. Araşdırmalar zamanı bu qədər qızılın sahininin kim olduğu tapılıb.
Məlum olub ki, çanta dolu qızıl Kahramanmaraşın məşhur zərgəri İbrahim Zabuna aiddir. Lakin zəlzələ nəticəsində İbrahim Zabunun da yaşadığı bina dağılıb. Onun qalıb, qalmadığı barədə hələ də heç bir məlumat yoxdur.