• 19 Sentyabr 2024 20:26

İlqar Mikayıloğlu Dubaydan VİDEO paylaşdı – Belə getsə…

 

Aparıcı İlqar Mikayıloğlu həyat yoldaşı vəkil Zülfiyyə Bayramova ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) istirahətə yollanıb.

Tacxeber.com xəbər verir ki, artıq bir neçə gündür Dubayda istirahəet edən cütlük orada lentə alınan görüntüləri sosial şəbəkə izləyiciləri bölüşüblər.

İlqar Mikayıloğlunun paylaşdığı videolardan birində robot it yer alıb.

Aparıcı həmin itin görüntülərini paylaşaraq bunları əlavə edib:

“Belə getsə artıq 21-ci əsrdə bizim üçün itləri belə robot itlər əvəz edəcək. Ona hansı hərəkəti göstərirsənsə o dəqiqə onları qəbul edir: oturur, durur, hərəkət edir, fırlanır. Bir sözlə, yemək, su istəmir, amma elektrik enerjisi istəyir. 21-ci əsrin robot itidir”.

Tacxeber.com

Oxşar xəbərlər