Maqnezium Nədir? Maqnezium Çatışmazlığı Əlamətləri Hansılardır?
Maqnezium (Mg) insan orqanizmindəki 11 həyati mineraldan biridir. Kəmiyyət baxımından insanlarda olan minerallar arasında dördüncü yeri tutur. Kimyəvi cəhətdən bu qələvi torpaq metalları sinfindən bir elementdir. 1808-ci ildə Ser Humphrey Davy tərəfindən ilk dəfə kəşf edildiyi zaman onun bədənimizdəki əhəmiyyəti məlum deyildi. Son iyirmi ildə aparılan tədqiqatlar göstərdi ki, maqnezium həm hüceyrələrarası, həm də hüceyrədaxili əlaqədə çox mühüm rol oynayır.
Maqneziumun bu qədər vacib olmasının əsas səbəbi bədənimizdə 300-dən çox fermentin fəaliyyətində əsas rola sahib olmasıdır. Orqanizm bu vacib elementi özbaşına istehsal edə bilmədiyi üçün onu qida vasitəsilə, xaricdən qəbul etməlidir. Orta yaşlı bir insanda təxminən 24 qram maqnezium var. Bədənimizdəki maqnezium ehtiyatı daim yenilənməlidir. Yəni bu mineralın öz funksiyalarını yerinə yetirməsi üçün bədənə davamlı olaraq verilməlidir.
Maqneziumun Faydaları Nələrdir?
Maqnezium əsas funksiyasını onun 40%-nin olduğu qan və əzələ sistemlərində göstərir. Əzələlərin güclənməsində, zülal sintezində və ferment sisteminin fəaliyyətində hüceyrələrin böyüməsində və bərpasında mühüm rol oynayır. Həmçinin, maqnezium maddələr mübadiləsi üçün də bir çox faydası vardır. Ümumiyyətlə, maqneziumun insan bədəni üçün əsas faydalarını aşağıdakı kimi sıralamaq olar:
-
Hormonlar (insulin, tiroid hormonları, estrogen, testosteron, DHEA),
-
Sinir hüceyrələri arasında ötürülməni təmin edən neyrotransmitterlər (dopamin, katekolamin, serotonin, GABA) adlanan maddələr,
-
Mineralların və elekrolitlərin ötürülməsində,
-
Hüceyrə membranının elektrik potensialını dəyişdirərək bir çox hormonların qidaların və nöratransmitterlərin qəbulu və buraxılmasınının idarə edilməsində rol oynayır.
Bunlarla yanaşı, maqnezium orqanizmdə kalsium və kalium funksiyasını da artırır. Maqnezium bağırsaqlardan sorularaq bədənimizə daxil olur və böyrəklər vasitəsilə xaric edilir. Maqneziumun sorulması üçün bədəndə D vitamini və paratiroid hormonu kafi səviyyədə olmalıdır.
Maqnezium Çatışmazlığının Əlamətləri Nələrdir?
Bu mineralın çatışmazlığı tibbdə hipomaqnezemiya adlanır. Cəmiyyətdə hipomaqnezemiyanın tezliyi ilə bağlı dəqiq məlumat olmasa da, xəstəxanaya yerləşdirilən xəstələrdə aparılan test analizlərində 6.9-11%-də maqnezium səviyyəsinin aşağı olduğu aşkar edilmişdir. Maqnezium çatışmazlığının əlamət və simptomlarını aşağıdakı kimi sıralamaq olar:
-
Ürəkbulanma və qusma;
-
Yorğunluq və anoreksiya əlamətləri şiddətli maqnezium çatışmazlığı hesab edilə bilər.
-
Əzələ ağrıları və uyuşma;
-
Diqqətin azalması və psixi çaşqınlıq yarana bilir.