• 22 Noyabr 2024 05:38

Yaz yorğunluğunu aradan qaldıran vitaminlər

 

Yorğunluq həm qidalanma, həm də müəyyən vitaminlərin çatışmazlığı fonunda baş verə bilər.

Tacxeber.com xəbər verir ki ki, bu sözləri terapevt, endokrinoloq, kardioloq və tibb elmləri namizədi Aleksey Jito “Ura.ru”ya müsahibəsində deyib.

“Hər bir vitamin, hər bir mineral kimyəvi reaksiyalarda iştirak etməyə imkan verən unikal fəaliyyətə malikdir və bununla da orqanizmin sağlamlığını yaxşılaşdırır. Məsələn, A vitamini yorğunluqla mübarizə aparmağa kömək edəcək. O, ümumi rifahı yaxşılaşdırmağa yönəlmiş enzimatik reaksiyalarda iştirak edir. Bədəni C vitamini ilə təmin etmək də vacibdir. Viral infeksiyaların fonunda C vitamini çatışmazlığı ola bilər ki, bu da halsızlıq və zəifliyə səbəb ola bilər.

D vitamini orqanizm üçün xüsusilə vacibdir. Vitamin D çatışmazlığı zəiflik, halsızlıq, süstlük, yorğunluq, tərləmə, hətta pis yuxuya gətirib çıxarır. Bütün bunlar xroniki yorğunluq sindromuna səbəb olur, odur ki, D vitamini səviyyəsini yoxlamaq mütləqdir”, – terapevt bildirib.

Fol turşusu (vitamin B9) da enerji proseslərində böyük əhəmiyyət kəsb edir. B12 vitamini kimi digər B vitaminləri də normal sinir əlaqələrinin formalaşmasında iştirak edir.

Gümrahlıq və şuxluq hissinin formalaşmasında təkcə vitaminlər deyil, minerallar da iştirak edir. Məsələn, kalsium, maqnezium çatışmazlığı əzələ zəifliyinə, yorğunluğa səbəb olur, insan sözün əsl mənasında yataqdan qalxa bilmir. Eyni şey digər metallara, məsələn, dəmirə də aiddir.

Həkim yekunda qeyd efib ki, zəiflik təkcə vitamin çatışmazlığı ilə əlaqəli deyil. Viral infeksiyalar və bəzi orqanların vəziyyəti də buna səbəb ola bilər. Müvafiq simptomlar olduğu halda mütəxəssis həkimə müraciət etməyi tövsiyə edib.

Tacxeber.com

Oxşar xəbərlər