“Profilim “hack” ediləndən sonra köhnə yazışmalardan tut, təzəyə qədər hər şeyi sildim. Əvvəl düşünürdüm ki, hakimiyyət nə etsin profilimi. Bunu başa düşmək çətin olmadı ki, siyasi fəalların-aktivistlərin profilləri hər an “hack” edilə bilər və yazışmaları silmək lazımdır. Adam (Bəxtiyar Hacıyevi nəzərdə tutur-red) bu qədər şeydən sonra o qədər yazışmaları saxlayıbsa, qadınları təhlükəyə atmağı gözə alıbsa, bunun qarşısını da almağa borcludur”.
Tacxeber.com-ın xəbərinə görə, bunu aktivist Nərmin Şahmarzadə bildirib.
“Biri gedib ona başa salsın ki, onun kolleksiya fantaziyalarına görə nə qədər qadın hədəfə alınıb”, – o qeyd edib.