• 23 Noyabr 2024 00:06

“O qadını müqəddəs yerlərə aparanlara Allah lənət eləsin!”

 

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla içki masasında çəkilən fotoları yayılıb. Bu barədə Anna Akopyan feysbuk səhifəsində paylaşım edib.

Məlum foto Ermənistanda olduğu qədər Azərbaycanda da müzakirələrə səbəb olub. Sosial şəbəkə üzvü olan bəzi azərbaycanlı dindarlar Anna Akopyanın bu davranışını İrana “təşəkkür” kimi qiymətləndiriblər. Onların qənaətinə görə, müsəlmanlar üçün müqəddəs olan Məşhəd ziyarətindən qayıdan Annanın tez-tələsik pivə bokalına sarılması möminlərə qarşı hörmətsizlikdir. Hətta buna görə İranı qınayanlar da var.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan İlahiyyatçı Təyyar Hüseynli deyib ki, Paşinyan və onun arvadı birmənalı olaraq müsəlman ailəminin düşmənidir: “Nə Paşinyan, nə də onun arvadı heç kimə maraqlı deyil. Bir gün zürafə və dəvə zooparkda qarşı-qarşıya gəlir. Zürafə dəvəyə baxıb deyir ki, sənin belin əyridir. Dəvə də öz növbəsində ona cavab verir ki, mənim haram düzdür ki?

Hesab edirəm ki, onların ən yüngül günahı bəlkə də spirtli içki içmək olardı. Mən nə Paşinyan, nə də onun arvadı barəsində vaxtımı ayırıb fikir bildirmək istəmirəm. Məşəddə dəfn olunanlar müqəddəs insanlardır. Paşinyanla onları qəti surətdə müqayisə etmək olmaz. Bunu da bilmək lazımdır ki, müqəddəs məkanlara hər adamı aparıb çıxarmaq olmaz. Günahın böyüyü elə onu ora aparandadır. Allahın qəzəbi gəlsin onlara. Onlar sadəcə özlərin reklam etmək, güya, siyasi birlik, həmrəylik nümayiş etdirmək məqsədilə ora göndəriliblər. Bu məsələ daim bütün müsəlman dünyası tərəfindən iradla qarşılanacaq. Kimsə müqəddəs bir yerə ziyarət edəcəksə, ilk növbədə durub özündə olan keyfiyyətlərə baxsın ki, mən ora getməliyəm, ya yox?”

“Kimliyindən aslı olmayaraq kimsə müqəddəs yerə gedib, qayıtdıqdan sonra öz çirkin əməlləri ilə məşğul olursa, onun ziyarətinin heç bir mənası olmayacaq. Güya, bu ziyarət Paşinyanın arvadıdı-nəyidi onda nə müsbət təəssürat oyadacaq ki? Allah bunların hamsına lənət eləsin!”, – deyə ilahiyyatçı fikrini tammalayıb.

Tacxeber.com

Oxşar xəbərlər