• 22 Noyabr 2024 19:57

“Alimin dəfnində vida mərasimi də olmadı, Hacı Şahinin dəfnində isə…”

“Alimin dəfnində vida mərasimi də olmadı, Hacı Şahinin dəfnində isə...”

 

“İlahiyyatçı, din xadimi Hacı Şahin son mənzilə yola salındı. İnsanların ona isti münasibətinin şahidi olduq”.

Tacxeber.com xəbər verir ki, bu açıqlama ilə millət vəkili Etibar Əliyev çıxış edib.

O, bildirib ki, bir müddət əvvəl – 2021-ci ilin 7 dekabrında Böyük tarixçi- etnoqraf alim Aydın Balayevi itirdik:

“Çox sakit ölüm idi. Bu nəhənglikdə alimə heç vida mərasimi də təşkil olunmadı. Onun vəfatı ilə bağlı vur-tut 2-3 yazıya rast gəldik.

Xatırladıram ki, Aydın Balayev Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti haqqında fundamental əsərlərin müəllifidir. Onun “Azərbaycan milləti” əsəri isə çox dəyərlidir.

Dünyagörüşün 3 forması var: Elmi, dini və fəlsəfi. Dini “dünyagörüş” hər ikisini üstələyir. Fəlsəfə elmini çoxdan dəfn etdiyimizdən fəlsəfi dünyagörüşdən danışmaq ümumiyyətlə absurddur.

Din haqqında yüzlərlə tərif mövcuddur. Mənim dəyərləndirdiyim tərif böyük alman filosofu Artur Şopenhauerə məxsusdur: “Din – xalqın metafizikasıdır.”

Allah Aydın Balayevə və Hacı Şahinə Rəhmət eləsin”.

Tacxeber.com

Oxşar xəbərlər