• 22 Noyabr 2024 19:34

Bayram süfrəsi üçün nə qədər pul lazımdır? – “Kimisi asetrin alır, kimisi bir toyuqla…”

Bayram süfrəsi üçün nə qədər pul lazımdır? - “Kimisi asetrin alır, kimisi bir toyuqla...”

 

 

Artıq Novruz bayramına sayılı günlər qalıb, alış-verişinin qızğın vaxtıdır. Hər zaman bayram ərəfəsində çəkilən xərclər gündəm mövzusu olur. Ötən ildən bu yana, qlobal iqtisadi sferada olduğu kimi, Azərbaycanda da qiymətlərdə artım var. Təbii ki, bu da öz növbəsində 4 nəfərlik bir ailənin bayram süfrəsi üçün çəkdiyi xərci artıracaq.

Bəs görəsən, 2023-ci ilin bayram süfrəsi orta statistik azərbaycanlı üçün neçəyə başa gəlir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ötən ilə nisbətən, bu il bayram süfrəsinin də qiyməti artıb:

“Əslində bayram süfrəsi açmaq süfrənin özündən də asılıdır. Süfrəyə “Asetrin” balığı qoymaq istəyən də var, bir toyuq alıb ailəsi ilə yemək istəyən də. Süfrədən süfrəyə fərq var.

Orta statistik 4 nəfərdən ibarət Azərbaycan ailəsinin normal bayram süfrəsi açması üçün təqribən 200 manata yaxın pul tələb olunur. Ötən il bu məbləğ 150 manata yaxın idi, bu il isə qiymət artımını nəzərə alaraq rəqəm 180-200 manata çıxır. Söhbət bir günlük bayram süfrəsi açmaqdan gedir. Amma bunun bayram bazarlığı da var. Bilirsiniz ki, bizdə çərşənbələr də qeyd olunur, bayram özü bir neçə gün qeyd olunur. Bütün bunları nəzərə alsaq, hamısını saysaq orta statistik Azərbaycan ailəsinə təqribən 1000 manata yaxın vəsait lazımdır ki, bu bayramı minimum, istədikləri səviyyədə qeyd edə bilsin. Bu da kifayət qədər böyük məbləğdir”.

Tacxeber.com

Oxşar xəbərlər