Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla nazir müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə nazir müavini təyin olunub.
Tacxeber.com xəbər verirki, Umayra Tağıyeva 3 aprel 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.
O, 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsində sinoptik, mühəndis, 1993-2001-ci illərdə şöbə rəisi vəzifəsində çalışıb.
2001-2015-ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə Nazirliyin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib.
3 aprel 2020-ci il tarixdən Milli Hidrometeorologiya Xidmətinin rəisi olub.
U.Tağıyeva 22 may 2020-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub, 22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.