• 22 Noyabr 2024 19:41

Vasif İsmayıl: “Qardaş, bizim kitabımızda yaxınların qızına-gəlininə kəm gözlə baxmaq yoxdur”

 

“Mən patriarxal qafqazlı kişiyəm. İndi bir az oxumuşam, nədir – Avropada formalaşmış insan, heyvan, bitki, təbiət haqlarını da mənimsəmişəm. Bəli, zövq üçün heyvan öldürmək olmaz, alaq otunu ancaq o sənin əməyinə mane olursa, qoparda bilərsən, əks halda qoy, o da yaşasın. Qarışqanı belə incitmək istəmirəm… Hər kəsin və hər şeyin haqqı var. Hüquq və haqq məsələlərini qarışdırırıq. Hüquq nizamdır, haqq nizamın dayandığı nöqtələrdir. Haqq olmazsa, hüququn nə önəmi var? Qardaş, bizim kitabımızda yaxınların qızına-gəlininə kəm gözlə baxmaq yoxdur”.

Tacxeber.com-ın xəbərinə görə, bunu Azərbaycan Yüksəliş Partiyasının sədr müavini Vasif İsmayıl bildirib.

“Gəlin, nümunələr verək. Nişanlısı əsgərliyə getmiş qıza onun dostu “girişsə”…. Hüququ var? Var. Qonşunun əri zindana düşüb, sən də onun yoldaşına dəstək olursan. Hüququ var? Var. Ay qardaş, hüquqa görə bu gün qardaş-bacının yatağına qarışa bilməzsən ee… Mən daha aydın yaza bilərdim. Ancaq cavab verə bilmə imkanı olmayan insana qarşı deyil, bu kimi şeyləri bizə hüquq adı ilə sırımağa çalışanlara cavab olaraq verirəm bunu. “Mən sabun bişiməyəcəm!””, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər