• 22 Noyabr 2024 22:20

“Meyxananı İrana bağlayırlar…” – Namiq Məna

 

“Bu gün bəziləri meyxananın mənşəyini ərəblərə, bəziləri isə İrana bağlayır. Amma reallıq budur ki, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu kimi bədiyyə sənəti inkişaf edib şaxələnməyib”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış meyxanaçı Namiq Məna deyib.

O, meyxananın İrandan gəlməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Meyxananın tarixindən söz açan söz ustadı söyləyib ki, Azərbaycanda meyxana çox geniş vüsət alıb və əruzun müxtəlif növlərində bədahətən şeirlər söylənilir.

Onun fikrincə, burada yetəri qədər bədii ifadələr öz təzahürünü tapıb:

“İndi bunu İranla bağlayırlar, belə deyirlər, amma deməyə də heç nə vermirlər axı? Peyğambərimizn kəlamı da var ki, deməkdənsə, gördüyünə inan. Faktiki olaraq, bu gün meyxana bizdə geniş şəkildə vüsət alıb. Əgər bu barədə əsaslar olsa, mən də öz fikrimi deyə bilərəm. Amma bunun İranla bağlı olduğunu düşünmürəm”.

Sənətçi əlavə edib ki, meyxana barəsində deyilənlərin çoxu təhrif də edilir:

“Sovetin vaxtında məscidlərimiz anbarlara çevrilir, namaz qılanlar həbs olunurdu. O vaxtı-milli mənəvi dəyərlərimizə də zərbələr dəyib. Eyni zamanda bədiyyə janrı da meyxanələra sürüklənib. Mən uzun müddətdir deyirəm ki, bu, bədiyyə sənətidir.

Əruz vəzninin kökünün ərəblərdən gəlməsi barədə də fikirlər səslənir. Bunu araşdırmaq isə alimlərimizin, filoloqlarımızın işidir. Səslənən arqumentlərin olması da normaldır”.

“Məsələn, Novruz bayramındakı deyişmələrin özü də bədahətən şeirləşib, bədiyyələşib. Yaxud götürək sazı və ya muğamın özünü. Bizim qədər muğamı və sazı ifa edən hansı xalq var? Bunu bilən adamdan soruşanda daha yaxşıdır. Yoxsa ki, indi kim nə istəyir, onu da danışır. Amma bunun elmi əsasları var”, – fikirlərini tamamlayb.

Tacxeber.com

Oxşar xəbərlər